 709 x 472, 203 кБ G.M.SALAMOVA
 709 x 472, 169 кБ Avropa Shurasinda
| ..........SHEKI BELEDIYYESININ SEDRIGULNAZ MUSTAFA QIZI SALAMOVA
GÜLNAZ MUSTAFA QIZİ SALAMOVA
Şəki Bələdiyyəsinin sədri
......G.M.Salamova 1954-cü ildə Şəki şəhərində anadan olmuşdur.
......1971-ci ildə Şəki şəhər Maksim Qorki adına 10 saylı orta məktəbi, 1976-cı ildə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunu bitirdikdən sonra Şəki şəhər 9 saylı orta məktəbdə ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1981-ci ildə Şəki Şəhər Komsomol Komitəsində təlimatçı, 1982-ci ildən 2005-ci ilin yanvar ayınadək Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri vəzifəsində çalışmışdır. Qabaqcıl maarif xadimidir.
......G.M.Salamova iki çağırış - 1980-1982 və 1990-1995-ci illərdə - Şəki Şəhər Sovetinə deputat seçilmiş, 2001-ci ilin may ayindan 2008-ci ilədək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər konqresində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
......Azərbaycanda yerli özünüidarəetmə orqanları yarandıqdan sonra - 1999-cu ildə birinci və 2004-cü ildə ikinci dəfə Şəki Bələdiyyəsinə üzv seçilmişdir. 2005-ci ilin yanvar ayından Şəki Bələdiyyəsinin sadridir.
......Gülnaz xanım Salamova həm də "Sevil" Qadınlar Məclisinin Şəki təşkilatının sədridir. O, həmçinin Müstəqil Azərbaycan Qadınlarınin 1-ci və 2-ci qurultaylarinin nümayəndəsi olmuşdur.
......İngilis, rus və türk dillərində sərbəst danişır.
......30 noyabr 2006-cı il tarixdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təsis yığıncağında G.M.Salamova assosiasiyanın İdarə Heyətinin üzvü seçilmişdir.
2008-11-24 {417 посещений} |